“Mbappenin yoxluğu bəhanə ola bilməz”

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə məğlub olaraq (2:1, 2:0) mübarizəni dayandırmaları haqqında danışıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Kilian Mbappenin zədəli olmasını uduzmaqlarına bəhanə etmədiklərini deyib:

“Planlaşdırdığımız kimi oynadıq. Matça çox yaxşı başladıq, şanslar yaratdıq. Bu asan deyil. Hər kəs “Mançester Siti” kimi bir komandaya hakim ola bilməz. Futbolda bəzi epizodlarda bir az şansa ehtiyacınız olur. Rəqib isə şanslarından əla yararlandı. Yüksək təziq göstərdiyimiz bir vəziyyətdə qol vurdular. “Mançester Siti”ni təbrik etmək istəyirəm. Çünki onlar fantastik bir mövsüm keçirirlər. Eyni zamanda oyunçularımız və komandamızla fəxr edirəm. Mbappenin yoxluğu isə uduzmağımıza bəhanə ola bilməz. Biz bir komandayıq. Əlbəttə ki, bizə kömək edə bilməməsi təəssüf doğurur. Bu amildən bəhanə kimi istifadə etməməliyik. Çünki PSJ yaxşı oynadı”.