Mehdiyevdən bürünc medal

Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.

Sportline.az xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə Hollandiyalı Vant end Noeli məğlub edib.

Qeyd edək ki, cüdoçulardan daha öncə Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) isə bürünc medala sahib olub.