Məhəmməd Əlinin çempionluq kəməri 6 milyon dollara satılıb

Boksçu Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda 6,18 milyon ABŞ dollarına satılıb.

Sportline.az "Heritage Auctions"a istinadən xəbər verir ki, kəməri Milli Futbol Liqasında çıxş edən "İndianapolis Kolts” klubunun sahibi Cim İrsey alıb.

Hərracda məşhur idmançının digər əşyaları və Co Freyzerə qarşı "əsrin döyüşü"nə girərkən rinqə çıxdğı xalatı da satılıb.

Qeyd edək ki, Məhəmməd Əli 1974-cü ildə Corc Formanı 8-ci raundda nokauta salaraq titulunu geri alıb. Əfsanəvi boksçu 2016-cı ildə vəfat edib.