Məhəmməd Əlinin nəvəsi nokautla qalib gəldi
Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Əli Niko Əli Uolş ardıcıl 6-cı döyüşündə qalib gəlib.
Sportline.az xəbər verir ki, 22 yaşlı amerikalı boksçu həmyerlisi Reyes Samçeslə üz-üzə gəlib. Uolş 2-ci raundda rəqibini nokauta salıb.
Əli Uolş peşəkar rinqdə təqribən bir il əvvəl babasının məşhurlaşdığı ağ "Everlast" şortları ilə debüt edib. O, indiyədək 6 döyüş keçirib və bunlardan 5-də nokautla qalib gəlib.