Mehmet Topal Rumıniya klubuna baş məşqçi təyin olunub
Rumıniya komandalarından "Petrolul" Ploieşti baş məşqçi portuna Mehmet Topalın gətirildiyini açıqlayıb.
Sportline.az Ntvspor.com-a istinadla xəbər verir ki, 38 yaşlı çalışıdırıcı ilə müqavilə 3 illik imzalanıb.
Topalın texniki heyətinə 4 türk və 2 rumıniyalı məşqçi yer alacaq.6 nəfərlik heyət cümə günü Rumıniyaya yollanacaq.
Bu, gənc çalışdırıcının məşqçilik karyerasında ilk təcrübəsi olacaq.
Qeyd edək ki, Mehmet Topal futbolçuluq karyerasında "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça"da çıxış edib.
Futbolçu ölkə xaricində "Valensiya" klubunun uğurları üçün çalışıb.