Məşhur nigeriyalı Səudiyyə Ərəbistanını tərk edib

"Trabzonspor" ilə Türkiyə çempionu olan Vakaeme "Əl-Fahya" klubu ilə yollarını ayırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, ayrılığı klubun rəsmi hesabı açıqlayıb.

2022-ci ildən "Əl-Fayha"nın formasını geyinən 35 yaşlı futbolçu 55 oyunda 15 qol və 8 asist ilə komandasına xeyir verib.

Qeyd edək ki, Vakaeme Türkiyədə çıxış etdiyi 4 il ərzində "Trabzonspor" ilə 1 dəfə Super Liqanın, 1 dəfə ölkə kubokunun və 1 dəfə Super Kubokun qalibi olub.