Məmmədyarov Rəcəbova görə 2-ci oldu

Norveçin Stavanger şəhərində keçirilən şahmat üzrə "Norway Chess" turniri başa çatıb. 

Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 1-ciliyə çox yaxın olsa da, sonda qalibi ola bilməyib.

Buna səbəb isə 37 yaşlı qrossmeysterin yarışın sonuncu - 9-cu günündə digər təmsilçimiz Teymur Rəcəbovla heç-heçə etməsidir. Lider Maqnus Karlsen bu mərhələdə bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. Karlsen qara fiqurlarla görüşündə heç-heçə etsə də, onu armageddonda yenib. Nəticədə Məmmədyarovun Rəcəbovla heç heçə etməsi onu qələbədən kənarlaşdırıb. Beləliklə, Karlsen 16,5 xalla 1-ci, Şəhriyar Məmmədyarov 15,5 xalla 2-ci, Teymur Rəcəbov isə 7,5 xalla 9-cu yeri tutub. 

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) olub.