Məmmədyarov və Rəcəbov Norveçdə yarışacaq
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunacaq "Norway Chess" turnirində iştirak edəcəklər.
Sportline.az xəbər verir ki, təcrübəli qrossmeysterlərimizlə yanaşı, yarışda norveçli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaq.
Qeyd edək ki, "Norway Chess" 31 may - 10 iyun tarixlərini əhatə edəcək.