Çempionlar Liqası: Komandamız finalda

Varşavada minifutbol üzrə Çempionlar Liqası sona yaxınlaşır.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu “Birbaşa Bakı” finala vəsiqə qazanıb.

Komandamız yarımfinalda “Andezit Xust” klubunu penaltilərlə 4:3 hesabı ilə məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə təmsilçimizin rəqibi Çexiyanın “Brno” klubu olacaq.