Mendinin yeni klubu bilinib
Fransa yığmasının keçmiş futbolçusu Benjamin Mendinin yeni komandası bəlli olub.
Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi İsveçrənin "Sürix" klubuna transfer olunub.
Bu barədə klubun rəsmi mətbuat xidməti açıqlama yayıb. Mendi ilə 2026-cı ilin iyun ayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Mendi son olaraq "Loryan"ın formasını geyinib. O, həmçinin "Mançester Siti", "Marsel" və "Monako" kimi klubların şərəfini qoruyub.