Məşhur boskçu prezident olmaq istəyir
Peşəkar boksçu Aleksandr Usik arzularını dilə gətirib.
Sportline.az xəbər verir ki, məşhur idmançı təqaüdə çıxdıqdan sonra Ukrayna prezidentliyinə namizəd olmaq niyyətindədir.
“Tayson Fyuri ilə döyüş baş tutmasa, mən nə edəcəm? Mən ilk ağır çəkiyə qayıdacağam, bir daha mütləq dünya çempionu olacağam, idmanı atıb prezidentliyə namizəd olacağam” - deyə boks üzrə dünya çempionu Aleksandr Usik bildirib.