Məşhur cüdoçular Qubada seminar keçirəcək

Yaponiyada təhsil almış azərbaycanlı cüdo mütəxəssislərinin Qubada region məşqçiləri üçün seminarı təşkil olunacaq.

Bu barədə Sportline.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Seminarlar Orxan Səfərov, Asiman Allahverdiyev və yunan ekspert Corc Buntakis tərəfindən keçiriləcək.

İyulun 22-dəki seminar Quba Olimpiya İdman Kompleksində baş tutacaq.