Məşhur futbolçu milli karyerasını bitirdi

Yan Vertongen Belçika millisindəki karyerasını bitirib.

Sportline.az xəbər verir ki, bu haqda Belçika millisinin X sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

37 yaşlı futbolçu Avropa çempionatındakı çıxışından sonra diqqətini tam olaraq klub karyerasına yönəltmək qərarına gəlib.

Qeyd edək ki, Yan Vertongen millidə 2007-ci ildə debüt etmişdi. 

O, karyerası ərzində 157 dəfə milli komandanın formasını geyinib. 

Son klubu "Anderlext" olan müdafiəçi hazırda azad agent statusundadır.