Məşhur futbolçular liftdə qaldılar
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün "Leyptsiq"in qonağı olacaq PSJ-nin futbolçuları Almaniyada xoşagəlməz hadisə ilə üzləşiblər.
Sportline.az xəbər verir ki, komandanın müdafiəçisi Leven Kurzava bununla bağlı İnstaqram səhifəsində məlumat yayıb.
O, bir neçə komanda yoldaşı ilə birgə liftdə qaldıqlarını bildirib. Almaniyadakı oteldə baş verən hadisə zamanı oyunçular 1 saatdan çox orada gözləməli olublar. Onların liftdən çıxarılması üçün xilasedicilər köməyə gəliblər.
Qeyd edək ki, bu gecə keçiriləcək "Leyptsiq" - PSJ oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.