Məşhur futbolçunu ömürlük cəza gözləyir
"Vest Hem"in futbolçusu Likas Paketanı ömürlük dikvalifikasiya gözləyir.
Sportline.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası onun karyerasına son qoymağa hazırlaşır.
Bu haqda nüfuzlu "The Sun" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 60 nəfərdən çox mərc həvəskarı onun oyun zamanı edəcəyi hərəkətə pul qoyub.
Onlar əsasən Paketanın sarı vərəqə alacağına güvəniblər.
Nəticədə həmin adamlar ümumilikdə 117 min avro qazanıblar.