Məşhur futbolçunun evi qarət olub
ABŞ-ın "Los-Anceles" klubunun forvardı Olivye Jiru soyğunçuluğa məruz qalıb.
Sportline.az xəbər verir ki, cinayətkarlar fevralın əvvəlində 38 yaşlı futbolçunun evinə daxil olublar.
Jiruya dəyən maddi ziyanın təxminən 500 min dollar olduğu bildirilir. Dəyərli əşyalar, o cümlədən 10 saat oğurlanıb. Hazırda həmin şəxslərin kimliyi müəyyən edilməyib. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.