Məşhur futbolçunun yeni klubu

Son olaraq İspaniyanın “Saraqosa” klubunda çıxış edən Şindzi Kaqava karyerasını Yunanıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, yarponiyalı yarımmüdafiəçi PAOK-a keçib. Bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş” kimi klublarda da çıxış edən Kaqava, oktyabr ayından azad agent idi. O, Yaponiya millisində 97 oyunda 31 qol vurub.