Məşhur futbolçumuz klubu ilə vidalaşdı
Milli komandamızın hücumçusu Renat Dadaşov instaqram səhifəsində paylaşım edib.
Sportline.az xəbər verir ki, mövsümü “Tondela”da icarə əsasında keçirən Dadaşov Portuqaliya klubu ilə vidalaşıb:
“Tondela”da enişli-çıxışlı, təcrübələrlə dolu möhtəşəm bir il keçirdim. Bu fürsət üçün kluba təşəkkür etmək istəyirəm. İndi isə vidalaşmaq və gələcəyə fokuslanmaq vaxtıdı. Komanda yoldaşlarıma, azarkeşlərimizə, bütün heyətə və bu mövsüm mənə kömək edən hər kəsə təşəkkür edirəm”.
