Məşhur idmançıdan acı etiraf: Hər döyüşdən sonra...
Boks üzrə mütləq dünya çempionu Aleksandr Usik maraqlı açıqlama ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, ukraynalı idmançı boksun çətinliklərindən söz açıb.
"Boks oyun deyil. Bu, çox ağır idman növüdür. Hər döyüşdən sonra evə qayıtdıqda bədənim mənə deyir ki, "Ey, Aleks xahiş edirəm, daha bəsdir...", - deyə Usik "DAZN Boxing"ə müsahibəsində etiraf edib.
Xatırladaq ki, Aleksandr Usik dekabrın 21-də Tayson Fyuri ilə revanş döyüşünə çıxacaq.
Rəqiblərin ilk görüşü hakimlərin qərarı ilə (113-115, 114-113, 115-112) ukraynalı boksçunun xeyrinə nəticələnmişdi.