Məşhur idmançımız Rusiya klubunda

Cüdoçumuz Hidayət Heydərov Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Liqası yarışına qatılacaq.

Sportline.az xəbər verir ki, 73 kq. çəki dərəcəsində çıxış edən Avropa çempionumuz Rusiyanın "Lokomotiv" klubunun heyətində mübarizə aparacaq.

Turnir dekabrın 11-də təşkil olunacaq.

Qeyd edək ki, eyni tarixdə Fransanın paytaxtı Parisdə Çempionlar Liqası yarışı təşkil olunacaq. Millimizin üzvlərindən Orxan Səfərov (66 kq) və Uşanqi Kokauri (+100 kq) burada Yunanıstanın "Aris", Rüstəm Orucov (73 kq) isə Serbiyanın "Srvena Zvezda" klubunu təmsil edəcək.