Məşhur klub təyyarə qəzasından qurtulub
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada "Sportinq"lə qarşılaşan "Mançester Siti" Lissabondan dönərkən həyəcanlı anlar yaşayıb.
Sportline.az xəbər verir ki, "Dadli" qasırğasının yaratdığı güclü külək təyyarənin Mançester hava limanına enişinə mane olub.
"Boeing 757 G-ZAPX" təyyarəsi eniş zamanı problemlə üzləşdiyindən pilotlar hava gəmisini Liverpula yönləndirmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, "Mançester Siti" "Sportinq"ə səfərdə 5:0 hesabı ilə qalib gəlib.