Məşhur məşqçi Almaniya klubunda
"Volfsburq"un yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Niko Kovaç təyin edilib.50 yaşlı xorvatiyalı ilə 2024/25 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.
Qeyd edək ki, 2021/22 mövsümünün sonunda " Volfsburq " 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.