Məşhur türkiyəli futbolçu "Real"a keçə bilər

"Lester"in futbolçusu Çağlar Söyüncü karyerasını "Real"da davam etdirə bilər.

Sportline.az "AS"a istinadən xəbər verir ki, Madrid təmsilçisi Türkiyə millisinin müdafiəçisi ilə maraqlanır. Yığmanın köməkçi məşqçisi Kenan Koçakın "Real"ın oyunçu ilə maraqlandığını təsdiqlədiyi vurğulanıb. 26 yaşlı oyunçunu "Barselona" və ya  "Atletiko"nun da transfer edə biləcəyi iddia olunub. 

Qeyd edək ki, Ç.Söyüncünün "Lester"lə müqaviləsi 2023-cü ilin yayı başa çatır.