Məşqçi silahla saxlanıldı

Boks üzrə yarımorta çəkidə mütləq dünya çempionu Terens Kroufordun məşqçisi Brayan Makintayr Mançester hava limanında saxlanılıb.

Sportline.az Daily Mail nəşrinə istinadla xəbər verir ki, onun üzərindən silah və sursat götürülüb. 

Brayanın ABŞ-a dönmək istəyərkən saxlanıldığı bildirilir. 

Silah-sursat onun çantasında aşkarlanıb.

Qeyd edək ki, Makintayr 2023-cü ilin ən yaxşı boks məşqçisi adına əsas namizəd sayılır.