Messi: "Bu il tamamilə fərqlidir"

Argentina millisinin və PSJ-nin fubolçusu Lionel Messi nəhayət Fransaya uyğunlaşıb. 

Sportline.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında danışıb. 35 yaşlı forvard yenidən futboldan həzz aldığını bildirib:

“Özümü yaxşı hiss edirəm, indi hər şey keçən ildən çox fərqlidir. Belə olacağını başa düşdüm. Bu barədə əvvəllər danışmışam. Bu il tamamilə fərqlidir. Kluba, soyunub-geyinmə otağına, komanda yoldaşlarıma, oyuna daha çox uyğunlaşaraq fərqli düşüncələrlə gəldim. Həqiqət budur ki, özümü çox yaxşı hiss edirəm. Mən yenidən futboldan həzz alıram".

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də oynayır.

Banner