Messi ərəblərlə müqavilə bağlayıb
Messi Səudiyyə Ərəbistanı hökuməti ilə əməkdaşlıq edəcək.
Sportline.az The New York Times qəzetinə istinadla xəbər verir ki, tərəflər arasında turizm sahəsində müqavilə imzalanıb.
Ölkənin turizm nazirliyi ilə ulduz futbolçunun anlaşmasına əsasən argentinalı 25 milyon dollar qazanacaq.
Bunun üçün Messi 3 il ərzində ailəsi ilə Səudiyyə Ərəbistanında istirahət etməli və bununla bağlı fotoları sosial şəbəkələrdə paylaşmalıdır.