Messi İngiltərə klublarından təklif aldı
PSJ-nin forvardı Messi karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az "Ole"yə istinadən xəbər verir ki, argentinalı futbolçu Premyer Liqanın bir neçə klubundan təklif alıb.
Həmin klubların adları hələlik açıqlanmır.
Qeyd edək ki, Parislə vidalaşmağa hazırlaşan 35 yaşlı futbolçu "Barselona", "Əl-Hilal" və Mayami "İnter"inin də əsas hədəflərindən biridir.