Messi Kopa Amerikada ən çox oyun keçirən oyunçu olub
Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunda keçirilən oyunların sayına görə rekorda imza atıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, bu gün start götürən Amerika Kubokunun Argentina-Kanada oyununda 36 yaşlı super ulduz 35-ci oyununa çıxıb.
O, bu göstəricidə 34 oyun keçirən çilili hücumçu Roberto Livinqstonu üstələyib.(1954-cü il).
Lionel Messi eyni zamanda 7 Kopa Amerikada çıxış edən ilk futboçu olub.
Qeyd edək ki, Atlantada keçirilən açılış oyununda Argentina Kanada seçməsini 2-0 hesabı ilə məğlub edib.