Messi PSJ ilə vidalaşdı
Lionel Messi PSJ ilə vidalaşıb.
Sportline.az xəbər verir ki, məşhur futbolçu Paris təmsilçisində sonuncu matçına çıxıb. Son turda "Klermon"a uduzan (2:3) PSJ-nin argentinalı hücumçusu klubun rəsmi saytına açıqlama verib:
“Bu iki il üçün kluba, Parisə və onun insanlarına təşəkkür edirəm. Sizə gələcək uğurlar arzu edirəm” - deyə Messi komandası ilə vidalaşıb.