Messi təsdiqlədi: "Mayamiyə getməyə qərar verdim"

Lionel Messi "İnter Mayami"yə keçəcəyini təsdiqləyib.

Sportline.az xəbər verir ki, Messi xarici mətbuata açıqlamasında artıq klubla tam razılaşdığını bildirib.

"Mayamiyə getməyə qərar verdim. Pulu seçsəydim Ərəbistana gedərdim. "Barselona"ya da qayıda bilmədim. Çünki digər futbolçuların maaşları kəsiləcəkdi".

Messinin son klubu PSJ olub. Hücumçu Paris klubundan azad agent kimi ayrılıb.

Banner