Messi vacib görüşdə olmayacaq?

"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun final oyununu buraxa bilər.

Sportline.az "AS"a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Ronald Kuman məlumat verib. Onun sözlərinə görə, argentinalı hücumçunun oynayıb-oynamacayacağını dəqiqləşdirmək üçün bir neçə gün gözləməlidirlər.

Qeyd edək ki, Messi zədə səbəbindən Superkubokunun yarımfinalında "Real Sosyedad"la görüşü də (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:2) buraxmışdı.

Əlavə edək ki, "Barselona" finalda "Real" - "Atletik" cütünün qalibi ilə qarşılaşacaq.