Messi yeni klubuna 7 milyon abunəçi gətirib
"İnter Mayami" Şimali Amerikanın ən məşhur futbol klubuna çevrilib.
Sportline.az xəbər verir ki, Lionel Messinin transferi elan olunana qədər MLS klubunun "İnstaqram"da bir milyona yaxın izləyicisi var idi. Keçid elanından bir neçə saat sonra təxminən 1,3 milyon insan əlavə edilib.
Hazırda səhifənin 8 milyon oxucusu var. Bu göstəriciyə görə "İnter" bütün Amerika idman klubları arasında beşinci yeri tutur.