Messi:Bu Kopa Amerika mənim üçün sonuncudur
Argentina millisinin hücumçusu Lionel Messi bildirib ki, 2024-cü il Amerika Kuboku onun üçün sonuncu belə turnirdir.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, Ulduz futbolçu Argentina mətbuatına açıqlamasında bu fikirləri səsləndirib.
" Bu andan həzz almaq lazımdır. Nikolas Otamendi və Anxel Di Maria üçün bu, onların son döyüşlərindən biridir. Yenə finalda oynamaq, yenidən çempionluq titulu uğrunda mübarizə aparmaq asan deyil. İndiki Argentina komandasının etdikləri sadəcə inanılmazdır.
Amerika Kuboku bizim üçün çətin oldu, çünki komandalar həmişəkindən daha bərabər səviyyədə idi və biz də çox pis meydançalar və həddindən artıq isti ilə üzləşdik.
Bu Amerika Kuboku mənim sonuncudur. Ümid edirəm ki, Di Mariya son finalında daha bir titul qazandıra bilərik" deyə 37 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, Argentina ilə Kolumbiya arasında keçiriləcək final görüşü iyulun 15-də Filadelfiyada olacaq.