Messini qucaqlayan azarkeşə ağır cəza

Çində keçirilən oyun zamanı çinli azarkeş Lionel Messini qucaqlamaq üçün meydana çıxıb.

Sportline.az xəbər verir ki, cümə axşamı Pekində Avstraliya və Argentina arasında keçirilən yoldaşlıq görüşündə (0:2) polis tərəfindən "Di" adlandırılan 18 yaşlı azarkeş meydançaya qaçaraq Messini qucaqlayıb.

Pekin polisi bildirib ki, azarkeş saxlanılıb və "inzibati həbs" edilib. Azarkeşə həmçinin 12 ay müddətində belə matçlarda tamaşaçı qismində idman obyektlərinə gəlmək qadağan edilib.

Banner