Messinin koronavirus testinin cavabı çıxdı
PSJ-nin koronavirusa yoluxan futbolçusu Lionel Messi sağalıb.
Sportline.az xəbər verir ki, bu barədə "El Litoral" nəşri məlumat yayıb.
Argentinalı futbolçunun testinin cavabı mənfi çıxıb.
Argentinadan Fransaya dönən 34 yaşlı forvardın bu gün və ya sabah məşqlərə başlayacağı bildirilir.
Xatırladaq ki, PSJ yanvarın 2-də Messinin koronavirusa yoluxduğunu açıqlamışdı.