Meydanda ara qarışdı, futbolçu yaralandı

İngiltərə Çempionşipinin pley-off mərhələsinin yarımfinalında "Nottingem Forest" - "Şeffild Yunayted" görüşündən sonra qalmaqal yaşanıb. 

Sportline.az xəbər verir ki, oyun "Nottingem Forest"in qələbəsi ilə başa çatıb. Bundan sonra komandanın fanatları meydana daxil olublar. Onların arasından bir azarkeş "Şeffild Yunayted"in kapitanı Billi Şarpa hücum edib. Nəticədə futbolçu yaralanıb və meydanda qan içində qalıb. 

Qeyd edək ki,  "Nottingem Forest" İngiltərə Premyer Liqasına vəsiqə uğrunda “pley-off”un  finalında “Haddersfild”lə üz-üzə gələcək.