Mikayıl Nərimanoğlunu "Kəpəz"də o əvəzləyəcək
Gəncənin "Kəpəz" klubunun Müşahidə Şurasına AFFA tərəfdən yeni üzv təyin olunub.
Sportline.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, həmin şəxs İslam Abbasovdur. Abbasov Müşahidə Şurası üzvlüyündən geri çağırılan Mikayıl Nərimanoğlunu əvəzləyib.