"Milan" 1/4 finala çətinliklə çıxdı

İtaliya kubokunda 1/8 final mərhələsinə start verilib.
 
Sportline.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
 
“Milan” doğma meydanda “Torino” ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Burada daha dəqiq ola  “Milan” 1/4 finala yüksəlib.

12 yanvar
 
"Milan" – "Torino" -  0:0 (penaltilər 5:4)