"Milan" 828 milyon avroya satıldı
İtaliyanın "Milan" klubu Çin şirkətinə satılıb. SportLine.az "TuttoSport"a istinadən xəbər verir ki, Silvio Berluskoni səhmlərin 99,93%-ini Yonqhonq Linin rəhbərlik etdiyi şirkətə 828 milyon avro müqabilində satmağa razılıq verib.
Bu rəqəmlə "rossoneri" "Forbes" jurnalının təqdim etdiyi ən bahalı 3 klub sırasına daxil olub.
Qeyd edək ki, sözügedən şirkət İngiltərənin "Vest Bromviç" klubunun da səhmlərinin bir hissəsinə sahibdir.