“Milan” Çempionlar Liqası ilə vidalaşdı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasına start verilib.
Sportline.az xəbər verir ki, turnirin 7 qat çempionu "Milan" "San Siro" stadionunda "Feyenoord"la qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
"Milan" 1:1 "Feyenoord" (ilk oyun 0:1)
Qollar: Santiaqo Ximenez, 1, Xuliyan Karranza, 73
"Milan"ın fransalı müdafiəçisi Teo Hernandez 51-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, ümumi hesabda 2:1 qalib gələn "Feyenoord" adını 1/8 final mərhələsinə yazdırıb.