"Milan" və "Fiorentina" 1/4 finalda

İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. SportLine.az xəbər verir ki, yarışın iddialı komandalarından "Milan" və "Fiorentina" azarkeşlərini sevindirib.

Florensiya təmsilçisi doğma meydanda "Sampdoriya"nı üstələməklə (3:2) 1/4 finala adlayıb. "Milan" isə "Verona"dan güclü olub - 3:0.

Qeyd edək ki, mərhələnin görüşləri bir oyundan ibarətdir.