"Milan"da yeni transfer

Daiti Kamada "Milan"la 4 illik müqavilə imzalayacaq.

Sportline.az məşhur jurnalist Canluka Di Marzioya istinadən xəbər verir ki, “Ayntraxt”ın yarımmüdafiəçisinin agenti bu gün “rossoneri”nin nümayəndələri ilə görüşüb, yekun detalları razılaşdırıb. Yaxın iki gündə bütün nüanslar həll olunacaq.

Yaponlarla 4 illik müqaviləyə mövsümə təxminən 3 milyon avro maaş daxildir. Kamada yeni komandaya azad agent kimi qoşulacaq.

Kamada keçən mövsüm Bundesliqada 32 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.