"Milandan" "Mançester Yunayted"ə

"Mançester Yunayted" "Milan"ın müdafiəçisi Teo Ernandesi heyətinə qatmaq istəyir.

Sportline.az La Gazzetta dello Sport nəşrinə istinadla xəbər verir ki, mançesterlilər 25 yaşlı futbolçunu bu yay transfer etmək niyyətindədirlər.

"Milan" heyətin aparıcı üzvü ilə 60 milyon avro qarşılığında vidalaşmağa hazırdır.

Qeyd edək ki, Fransa millisinin üzvü ilə "Mançester Siti" və İspaniya nəhəngləri də ciddi maraqlanır.