"Milan"dan uğurlu göstərici
İtaliyanın "Milan" klubu bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 10-a çatdırıb.
Sportline.az xəbər verir ki, Stefano Piolinin komandası ötən gecə A seriyasının 30-cu turunda səfərdə "Kalyari"yə qalib gəlib - 1:0.
"Qırmızı-qaralar" sonuncu dəfə yanvarın 17-də yerli çempionatda "Spetsiya"ya uduzub - 1:2. Komanda son 10 oyunun 6-da qalib gəlib, 4 heç-heçə edib.
Qeyd edək ki, "Milan" hazırda 66 xalla A seriyasının vahid lideridir.