"Milan"ın futbolçusu Almaniya klubunda

Almaniyanın “Ayntraxt” klubu “Milan”dan icarəyə götürdüyü Andre Silvanı birdəfəlik transfer edib.
 
Sportline.az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı portuqaliyalı hücumçu Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, “Ayntraxt” Silvanı 2019-cu ilin sentyabrında icarəyə götürmüşdü.

Portuqaliya millisinin üzvü ötən mövsüm Frankfurt klubunun heyətində 37 oyunda 16 qol vurub.