"Barselona"nın futbolçusu "Milan"ın hədəfində

Cari mövsümün əvvəlində 41 milyon avroya byük ümidlərlə "Barselona"ya transfer olan Malkom "Milan"ın hədəfindədir.

Sportline.az xəbər verir ki, İtaliya mətbuatında yazılanlara görə "Milan" Çin klublarının da transfer siyahısında olan Malkomu heyətinə qatmaq arzusundadır. Məlumatda Milan klubunun braziliyalı futbolçunu icarəyə götürəcəyi, alınmazsa, birdəfəlik heyətinə qatacağı bildirilir.

Qeyd edək ki, "Barselona"da çıxdığı 19 görüşdə 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.