Azərbaycan millisi 3 xalı 3 qolla qazandı
Bu gün UEFA Millətlər Liqasında 3-cü turun görüşləri start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
"D" Liqasının 3-cü qrupunda mübarizə aparan Azərbaycan seçməsi Farer adalarının qonağı olub.
İlk iki oyundan sonra hesabında 2 xal olan Qurban Qurbanovun komandası, bu dəfə azarkeşlərini sevindirib. Riçard Almeydanın dublu və Dmitri Nazarovun qolu millimizə 3 xal qazandırıb.
11 oktyabr 2018
Millətlər Liqası
"D" Liqası, 3-cü qrup
3-cü tur
Farer adaları - Azərbaycan - 0:3
QOLLAR: Riçard Almeyda, 28 (0:1); Dmitri Nazarov, 67 (0:2); Riçard Almeyda, 86/p. (0:3)
CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Hallur Hansson, 41 (Farer adaları)
SARI VƏRƏQƏ | Dmitri Nazarov, 49 (Azərbaycan)
SARI VƏRƏQƏ | Riçard Almeyda, 57 (Azərbaycan)
SARI VƏRƏQƏ | Rene Yoensen, 66 (Farer adaları)
SARI VƏRƏQƏ | Atli Qreqersen, 75 (Farer adaları)
SARI VƏRƏQƏ | Qunnar Nilsen, 85 (Farer adaları)
SARI VƏRƏQƏ | Maksim Medvedev, 87 (Azərbaycan)
Farer adaları: 1. Nilsen, 3. Davidsen, 4. Qregersen, 6. Hansson, 7. Bartalsstovu, 8. Hendrikson, 9. Sorensen, 10. Justinussen, 14. Edmundsson, 15. Faer, 16. Joensen
Ehtiyat oyunçular: 12. Gestsson, 23. Joensen, 2. Egilsson, 11. Vatnsdal, 13. Mellemqaard, 17. Vatnhamaar, 19. Baldvinsson, 20. Nilsen, 21. Olsen, 22. Justinssen
Baş məşqçi: Lars Olsen
Azərbaycan: 1. Kamran Ağayev (q) (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev (q), 23. Səlahət Ağayev (q), 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələskərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Aleksey Yeskov (Rusiya)
“Torsvollur” stadionu, Torshavn