Millətlər Liqası: Azərbaycan millisi İsveçə məğlub oldu

Bu gün Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan komanda 1-ci turda İsveçlə qarşılaşıb. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə bitib.

Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyunu olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.