Kosovo qalib gəldi, Portuqaliya "pley-off"da

UEFA Millətlər Liqasında 5-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, futbolsevərlər son oyun günündə daha 7 qarşılaşmaya şahidlik ediblər.

Maraqla gözlənilən oyunlardan biri "A" Liqasında təşkil olunub. 3 oyuna 4 xal toplayan İtaliya millisi Portuqaliyanı qəbul edib. "Skuadra Adzurra" növbəti mərhələyə vəsiqə şansını saxlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Amma Pireney təmsilçisi buna imkan verməyib. Yekunda 1 xal qazanan Portuqaliya seçməsi "pley-off"a yüksəlib.

Türkiyə isə İsveçlə formal oyunda uduzub və "C" Liqasına yuvarlanıb.

17 noyabr 2018
Millətlər Liqası
5-ci tur

"A" Liqası, 3-cü qrup

İtaliya - Portuqaliya - 0:0

1. Portuqaliya - 7
2. İtaliya - 5
3. Polşa - 1

"B" Liqası, 2-ci qrup

Türkiyə - İsveç - 0:1
QOL: Qranqvist, 70 (0:1)

1. Rusiya - 7
2. İsveç - 4
3. Türkiyə - 3

"C" Liqası, 1-ci qrup

Albaniya - Şotlandiya - 0:4
QOLLAR:
Fraser, 14 (0:1); Fletçer, 45+2/p. (0:2); Forrest, 55 (0:3); Forrest, 67 (0:4)

1. İsrail - 6
2. Şotlandiya - 6 
3. Albaniya - 3

"C" Liqası, 4-cü qrup

Serbiya - Monteneqro - 2:1
QOLLAR:
Lyayiç, 30 (1:0); Mitroviç, 32 (2:0); Muqoşa, 70 (2:1)

Rumıniya - Litva - 3:0
QOLLAR:
Puşkaş, 7 (1:0); Keseru, 47 (2:0); Stançiu, 65 (3:0)

1. Serbiya - 11
2. Rumıniya - 9
3. Monteneqro - 7
4. Litva - 0

"D" Liqası, 3-cü qrup

Azərbaycan - Farer adaları - 2:0
QOLLAR:
Dmitri Nazarov, 18 (1:0); Mahir Mədətov, 28 (2:0)

Malta - Kosovo - 0:5
QOLLAR:
Muriqi, 15 (0:1); Kololli, 70 (0:2); Avdiyay, 78 (0:3); Avdiyay, 80 (0:4); Raşika, 86 (0:5)

1. Kosovo - 11
2. Azərbaycan - 9
3. Farer adaları - 4
4. Malta - 2