Millətlər Liqasının oyunu baş tutmayacaq
UEFA Millətlər Liqasında B liqasının II turunun Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.
Sportline.az xəbər verir ki, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman açıqlama verib.
O bildirib ki, komandanın heyətində koronavirusa yoluxan iki futbolçu var. Bu səbəbdən də komanda görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, oyun sentyabrın 7-də Olomuts şəhərində keçirilməli idi.